\
24 Noyabr 2024 - Bazar günü

Venesuela prezidenti ABŞ-a 72 saat vaxt verdi - Diplomatik əlaqələri kəsdi

Venesuela prezidenti ABŞ-a 72 saat vaxt verdi - Diplomatik əlaqələri kəsdi
1806baxış

Venesuela prezidenti Nikolas Maduro ABŞ-la diplomatik əlaqələrini birtərəfli qaydada kəsdiyini bildirib. O, amerikan diplomatlarına ölkəsini tərk etmələri üçün cəmi 72 saat verdiyini bəyan edib.  

Mediapress.az N.Maduronun Twitter.-dəki canlı yayımına yönəlik məlumat yayan RİA.ru-ya istinadən xəbər verir ki, N.Maduro çıxışı zamanı Venesuela xalqına müraciət edərək deyib: “Ölkənin konstitusion rəhbəri kimi ABŞ-la diplomatik əlaqələri və siyasi münasibətləri  kəsdiyimizi elan edirəm. Bu tarixi gündə həmin ölkənin diplomatlarından tələb edirəm ki, 72 saat ərzində Venesuelanın ərazisini tərk etsinlər”. O, digər dövlətlərlə aralarında olan diplomatik və siyasi əlaqələrə, öhdəliklərə sadiq qalacağını rəsmən elan edib. 

Xatırladaq ki, dünən ölkə parlamentinin spikeri Xuan Quaido minlərlə tərəfdaşı qarşısında özünü Venesuelanın keçid prezidenti elan edərək, N.Maduronun devrildiyini bəyan edib. Bunun ardınca ABŞ prezidenti D.Tramp yeni prezidenti tanıdıqlarını elan edərək, N.Maduroya sərt şəkildə hədə-qorxu gəlib.