Donald Tramp prezidentlik dövründə xeyli pul itirib
1660
ABŞ Prezidenti Donald Tramp dövlət başçısı postunda çox qazanmağın mümkün olmadığını bildirib.
"Report" xəbər verir ki, o, bu barədə "The New York Times" qəzetinə müsahibəsində vurğulayıb.
Prezident bu vəzifəni icra etdiyi dövrdə yalnız pul itirdiyini söyləyib: "Bu işi görərkən xeyli pul itirmişəm. Bu, pul ilə bağlı iş deyil".
O həmçinin prezidentliyi dövründə olan maliyyə itkilərini "inanılmaz rəqəmlər" kimi ifadə edib, ancaq nə qədər itirdiyini və itkilərin hansı səbəbdən olduğunu dəqiqləşdirməyib.