\
24 Noyabr 2024 - Bazar günü

Həmsədrlər fevralın 7-də Ermənistana səfər edəcək

Həmsədrlər fevralın 7-də Ermənistana səfər edəcək
1710baxış

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) Ermənistana səfərlərinin vaxtı məlum olub. Vasitəçilər Ermənistana fevralın 7-də səfər edəcəklər. Onlar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar. Fevralın 3-də isə həmsədrlərin Bakıya səfəri olacaq. Vasitəçilər fevralın 4-də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Mediapress.az