Rəcəb Tayyib Ərdoğan: "Türkiyə İranla ticarət üçün ikitərəfli mexanizm qurmağa hazırdır"
1949
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanİranla ikitərəfli ticarət əlaqələrini genişləndirmək üçün müvafiq mexanizm qurmağa hazır olduqlarını bildirib.
“Mediapress.az” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Soçidə Suriya məsələsinə dair Trükiyə, İran və Rusiya prezidentləri arasında keçirilən üçtərəfli görüş öncəsi iranlı həmkarı Həsən Ruhani ilə görüşü zamanı bildirib.
“Türkiyə İranla ticarət əməkdaşlığı üçün Avropanın xüsusi təyinatlı mexanizmini alqışlayaraq bu çərçivədə əməkdaşlığa, habelə buna bənzər ikitərəfli mexanizm qurmağa hazırdır”, - deyə R.T.Ərdoğan vurğulayıb.