Ermənistanın XİN rəhbəri ATƏT sədri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib
1714
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın xarici işlər naziri Zöhrab MnatsakyanSlovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşüb.
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.
Tərəfin görüşün gedişatında Slovakiya ilə Ermənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Görüşdə həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına toxunulub.
Daha əvvəl ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, beynəlxalq təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardan yararlanacaq.