Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib
1041
Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq niyyətində olduğunu bildirib.
O, aprelin 1-də Kiyev hava limanında olacağını deyib.
Saakaşvili əlavə edib ki, bu qərar Ukrayna prezidenti Petr Poroşenkonun ikinci müddətə prezident seçkilərində iştirak edə bilməməsi ilə əlaqədardır.
O artıq təyyarəyə bilet də aldığını diqqətə çatdırıb. (report)