Tramp Ağ Evdə NATO baş katibini qəbul edəcək
1692
ABŞ prezidenti Donald Tramp və NATO baş katibi Yens Stoltenberq aprelin 2-də Ağ Evdə görüşəcəklər.
"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə ABŞ administrasiyasının mətbuat xidməti bildirib.
"Prezident və baş katib görüşdə beynəlxalq təhlükəsizlik və sabitliyin dayağı olan NATO-nun 70 illiyi şərəfinə ittifaqın əhəmiyyətini vurğulayacaqlar", - deyə məlumatda bildirilir. Qeyd edilir ki, görüş geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə baş tutacaq.
NATO-ya üzv ölkələrin Xarici İşlər nazirləri Şurasının iclası aprelin 3-4-də Vaşinqtonda keçiriləcək.
Daha əvvəl NATO-nun baş katibi Azərbaycanın da iştirak etdiyi təlimləri izləyib.