\
24 Noyabr 2024 - Bazar günü

Niderland Türkiyədəki səfirini geri çağırıb - İKİ ÖLKƏ ARASINDA GƏRGİNLİK!

Niderland Türkiyədəki səfirini geri çağırıb - İKİ ÖLKƏ ARASINDA GƏRGİNLİK!
1774baxış

Niderland Türkiyədəki səfirini geri çağırıb.

APA-nın “Reuters” agentliyinə istinadən görə, Niderland Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən açıqlamada bildirilir ki, buna səbəb son zamanlar iki ölkə arasında yaşanan gərginliklərin aradan qaldırılması istiqamətindəki cəhdlərin heç bir nəticə verməməsidir.

 Bildirilir ki, Türkiyənin də Niderlandda yeni səfir təyin etməsinə icazə verilməyəcək.

 Xatırladaq ki, 11 mart 2017-ci il tarixində Niderland hökuməti Rotterdama səfər etməyi planlaşdıran Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyub. Nəticədə bu, iki ölkə arasındakı əlaqələrdə böhrana səbəb olub.

M. Çavuşoğlunun Rotterdama səfərinin məqsədi Niderlandda yaşayan Türkiyə vətəndaşları arasında referendumla əlaqədar təşviqat aparmaq idi.