ABŞ iki ştatını İsrailə versin – Sensasion təklif
1678
BMT yanında Suriyanın daimi nümayəndəsi Bəşər əl-Cəfəri ABŞ-a Şimal Karolina və Cənubi Karolina ştatlarını Colan təpələrinin əvəzinə İsrailə verməyi təklif edib.
Publika.az xəbər verir ki, bu haqda təşkilatın saytında deyilir.
O vurğulayıb ki, Colan təpələri həmişə İsrailə aid olub və bundan sonra da belə olacaq. Cəfəri həmçinin bildirib ki, ərazinin İsrail tərəfindən işğalı beynəlxalq sülh və təhlükəsizlik üçün real təhlükədir.
Diplomat qeyd edib ki, Dəməşq məsələnin güc yolu ilə həlli hüququnu özündə saxlayır.
Xatırladaq ki, ABŞ martın 25-də Colan təpələri üzərində İsrailin suverenliyini tanıdığını elan edib.