Braziliya da ABŞ-a qoşuldu: Rusiya təcili çıxmalıdır
1667
Əgər Rusiya hərbçiləri Maduro rejiminə dəstək vermək üçün gəliblərsə, o zaman təcili olaraq Venesuelanı tərk etməlidirlər.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Braziliyanın xarici işlər naziri Ernestu Arauju deyib. O, Moskvanın Maduroya dəstəyinin yalnız Venesuelanın vəziyyətini pisləşdirəcəyini bildirib.
Arauju Venesuela böhranından çıxmaq üçün yeganə yolun müvəqqəti hökumətin rəhbərliyi altında seçki keçirmək olduğunu vurğulayıb.