Prezident: "Avstriya Azərbaycan və Ermənistan liderlərinin gələcək danışıqlarına ev sahibliyi etməyə hazırdır"
1645
Azərbaycan Avstriyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır. Prezident İlham Əliyev və mən məhsuldar görüşümüzü bu yaxşı bünövrənin üzərində qurduq".
Bunu Avstriyanın Federal Prezidenti Alexander Van der Bellen martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşü ilə bağlı öz “Twitter” səhifəsində yazıb.
Dövlət başçısı qeyd edib ki, bu tərəfdaşlıqla yanaşı, həmçinin iki ölkənin universitetləri arasında çoxsaylı uğurlu əməkdaşlıq əlaqələri mövcuddur.
Prezident bildirib ki, Avstriya və Vyana Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında gələcək danışıqlara ev sahibliyi etməyə hazırdır. (report)