Bundestaqın deputatı: "Almaniya NATO-dan çıxmalıdır"
NATO bu gün dünya təhlükəsizliyi üçün təhdiddir və buna görə Şimali Atlantika Alyansı buraxılmalıdır".
Bunu Almaniya Bundestaqının millət vəkili Aleksandr Noy "Die Freiheitsliebe" nəşrinə açıqlamasında deyib. Millət vəkili hesab edir ki, Şimali Atlantika Alyansı öz imperiya maraqlarını qorumaq üçün hərbi gücdən istifadə edir, bu zaman beynəlxalq hüquq normalarını müntəzəm olaraq pozur və hərbi münaqişələri qızışdırır.
Son onilliklərdə Alyans öz həqiqi simasını göstərib deyən, Noy vurğulayıb ki, Yuqoslaviyanın bombalanması və Əfqanıstandakı müharibə buna nümunədir: "Hazırda NATO özünün ideoloji və iqtisadi vəziyyətinin itirilməsindən qorxur, bununla əlaqədar silahlanmanı fəal şəkildə artırır və dönə-dönə yeni qarşıdurmalara gedir. Buna son qoymaq lazımdır. Sol partiya istəyir ki, Almaniya NATO-dan çıxsın, Alyansın özü isə buraxılsın. Onun yerinə Rusiyanın da üzv ola biləcəyi yeni kollektiv təhlükəsizlik sistem yaradılsın". (report)