ABŞ-ın istefada olan daxili təhlükəsizlik naziri Kristyen Nilsen bu postda son iş gününü açıqlayıb
1656
Vəzifəsini tərk edən ABŞ-ın daxili təhlükəsizlik naziri Kristyen Nilsen bu postda son iş gününü açıqlayıb.
"Report" RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, o, sonuncu iş gününün 10 aprel tarixində olacağını deyib.
Nilsen 2017-ci ilin sonunda, sələfi Con Kelli Ağ Evin aparat rəhbəri olandan sonra bu vəzifəyə təyin olunub.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp onu istefaya göndərib və yerinə Kevin Makalinanı təyin edib.