\
24 Noyabr 2024 - Bazar günü

Tramp Hillari Klintonun köməkçisi üçün "Həbsxana!"

Tramp Hillari Klintonun köməkçisi üçün "Həbsxana!"
1794baxış

ABŞ prezidenti köməkçini "Casus" adlandırdı

ABŞ prezidenti Donald Tramp ölkə prezidentliyinə sabiq namizəd Hillari Klintonun köməkçisi Huma Abedini həbs etməyə çağırıb. 

Bu barədə D.Tramp “Tvitter”də yazıb.  

“Fırıldaqçılığa meylli Hillari Klintonun köməkçisi Huma Abedin təhlükəsizliyə dair əsas protokollara əməl etməkdən imtina edir. O məxfi parolları xarici casuslara, demək olar ki, vermiş oldu...  Həbsxana!”, - deyə Tramp qeyd edib. Qeyd edək ki,  Huma Abedinin həyat yoldaşı intim şəkillər yaydığına görə ötən il 21 ay həbs cəzasına məhkum edilib. (apa)

Mediapress.az