\
24 Noyabr 2024 - Bazar günü

İsraildə seçkilər: hakim partiya 35 mandat qazandı

İsraildə seçkilər: hakim partiya 35 mandat qazandı
1646baxış
İsrailin Mərkəzi Seçki Komissiyası Knessetə keçirilən seçkilərdə protokolların 94 faizini hesablayıb.
 
Protokolların hesablanmasından sonra İsrailin Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi "Likud” partiyası və İsrail ordusunun sabiq baş qərargah rəisi Beni Hans və sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi "Kahol-Lavan” mərkəzçi bloku Knessetdə hər biri 35 deputatla təmsil olunacaq.
Parlamentdə 16 yer tutacaq "ŞAS" Ultradini və "Birləşmiş Tövrat Yəhudilik" partiyası, beş deputatla təmsil olunacaq "İsrail bizim evimizdir" partiyası və seçkilərdə 4 yer qazanacaq "Kulanu" partiyası "Likud” partiyası ilə koalisiya yarada bilər. Bununla da Baş nazir Binyamin Netanyahu hələlik Knessetdə mövcud olan 120 yerin 60-nı əldə edəcək.
 
Səslərin hesablanması nəticəsində alınan son məlumatlara gəlincə, İsrailin baş naziri Binyamin Netanyahunun liderlik etdiyi "Likud” partiyası seçicilərin 26,28 faizinin (1 061 105 səs) səslərini toplayıb. "Kahol-Lavan” mərkəzçi bloku isə hazırkı nəticələrə görə seçkilərdə 25,97 (1 048 472) səs toplayıb. Qeyd olunur ki, seçkidə iştirak edən 4 066 065 şəxsin səsi hesablanıb.