\
24 Noyabr 2024 - Bazar günü

Dilqəm Əsgərovun oğlu Nikol Paşinyana cavab verdi

Dilqəm Əsgərovun oğlu Nikol Paşinyana cavab verdi
1659baxış

“Mən ümid edirəm ki, Azərbaycan və Ermənistan sərhədyanı ərazilərdə kənd təsərrüfatı işlərinin görülməsini təmin edə bilər”.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yerli jurnalistlərə açıqlamasında deyib: “Biz mülki şəxslərə, xüsusən də kənd təsərrüfatı işləri görənlərə atəş açılmayacağına təminat verə bilərik. Əgər Azərbaycan da razı olsa, bunu təmin edə bilərik”.

N.Paşinyan həmçinin Vyana görüşündə humanitar aksiyalar barədə əldə olunmuş razılıq əsasında, əsir və girovları yaxınlarının ziyarət etməsinə şərait yaradıla biləcəyini də əlavə edib: “Düşünürəm ki, bunun reallaşmasına çox yaxınıq. Amma bizim və Azərbaycan tərəfdən olan əsir və girov ailələrinin buna razı olub-olmayacağını bilmirik. İstisna etmirəm ki, bəzi insanlar siyasi yox, şəxsi motivlərə görə bu addımı atmasınlar. Aydındır ki, bu asan qərar olmayacaq”.

Xatırladaq ki, hazırda Azərbaycan vətəndaşları Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elvin İbrahimov düşmən girovluğundadır.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Yeni Müsavat”a açıqlamasında Nikol Paşinyanın əsir və girovlarla bağlı yeni açıqlaması ilə tanış olduğunu bildirdi: “Nikol Paşinyan bu acıqlamadan öncə şərait yaratsın ki, atam Dilqəm Əsgərovdan canlı video gəlsin. 1 il 6 aydı atam haqqında ancaq şifahi məlumat alıram. İndi isə Paşinyan acıqlama verir ki, girov ailələri girovlara baş çəkə bilər. Paşinyana növbəti sözüm odur ki, gəl kişi kimi söhbət edək və kişi kimi hərəkət edək, atam yaşlı və xəstə kişidi, sən və hökumətin 1 il 6 aydı icazə vermir ki, Dilqem Əsgərovdan video, şəkil, foto gəlsin. İndi bu acıqlama ilə kimi aldatmağa calışırsan?! Paşinyan birinci növbədə atamın saxlanma durumu, hərəkət etməsi, danışması, oturması barədə video göndərilməsini təmin etsin. Onda baxarıq bu dediklərində səmimidir, yoxsa yox. Atamdan canlı videogörüntü gəlməsə, onda mən əmin olacağam ki, Paşinyan söz verib sözünün üstə dura bilməz. Və belə olduğu halda ailə başçısı mən olduğuma görə heç kəsə icazə verə bilmərəm ki, Nikol Paşinyanın bir sözü ilə atamı ziyarətə getməyə cəhd etsin. Mənim atam qanunsuz girov saxlanılır, azad edilməlidir”.