Levon Ter-Petrosyan istintaqda 3 saat dindirilib
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 2008-ci il martın 1-2-də Yerevanda baş vermiş hadisələrlə bağlı müstəntiqlərə 3 saat ifadə verib.
“Report” “Sputnik Armeniya”ya istinadən bildirir ki, lakin sabiq dövlət başçısı hadisələrlə bağlı yeni fikir söyləməyib.
“Çox güman ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan müstəntiqlərə 2008-ci il martın 1-2-də baş verən hadisələri ilə bağlı xronologiya təqdim edib. Xronologiyadan başqa müstəntiqlər ona “Yeravandakı hadisələr nəticəsində insanların ölmü barədə nə deyə bilərsiniz” sualına müxalifətin o vaxtkı lideri belə cavab verib: “Bu məsələ ilə bağlı hər hansı versiya irəli sürmək haqqım yoxdur”, - agentliyin məlumatında bildirilib.
Qeyd edək ki, Ter-Petrosyandan əvvəl keçmiş prezident Serj Sarqsyan da həmin hadisələrlə bağlı dindirilib.
Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyasınamizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.
Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.
Nikol Paşinyan Ermənistanın Baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci ilin iyulun 27-də həbs olunub.