\
24 Noyabr 2024 - Bazar günü

XİN: İsveçrə Milli Şurasının sədri Ermənistanın Azərbaycana qarşı təcavüzünə bəraət qazandırır

XİN: İsveçrə Milli Şurasının sədri Ermənistanın Azərbaycana qarşı təcavüzünə bəraət qazandırır
1720baxış

"Dominik De Buman İsveçrə Milli Şurasının spikeri kimi rəsmi statusundan sui-istifadə edərək Ermənistana səfər əsnasında İsveçrənin neytrallıq siyasətinə zidd olaraq qərəzli açıqlamalarla çıxış edir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara xələl yetirir".    

Bunu APA-ya açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İsveçrə Milli Şurasının sədri Dominik de Bumanın İrəvanda səsləndirdiyi fikirlərini şərh edərkən bildirib.

O qeyd edib ki, İsveçrə Milli Şurasının sədri Dominik De Bumanın İrəvanda səsləndirdiyi fikirlər beynəlxalq səviyyədə qəbul olunmuş dilə tərcümə edildikdə seqreqasiya və rasizmin dəstəklənməsi kimi qiymətləndirilə bilər.

"Dominik De Buman 2012-ci ildə Azərbaycanın qanunlarını, ərazi bütövlüyü və suverenliyini pozaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Bu səfərlə və indi Yerevandan səsləndirdiyi fikirlərlə o, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və işğal olunmuş ərazilərimizdə bir milyondan artıq Azərbaycanlıya qarşı törədilmiş qanlı təmizləməyə bəraət qazandırdığını nümayiş etdirir". - deyə XİN sözçüsü vurğulayıb.

 

Mediapress.az