Kim Çen In Cənubi Koreya ilə danışıqlara başlayır
1687
Şimali Koreya lideri Kim Çen In demilitərizə edilmiş zona olan Pxanmunjomda xüsusi rabitə vasitəsilə Cənubi Koreya ilə danışıqlara başlamaq barədə əmr verib.
Mediapress.az xəbər verir ki, apa “Reuters”-ə istinadən bildirdiyinə görə, xüsusi rabitə vasitəsinin bu gün açılması nəzərdə tutulub.
Qeyd edək ki, daha əvvəl Şimali Koreya 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcəyini açıqlayıb. Rəsmi Seul Pxenyanın bu təşəbbüsünü müsbət qiymətləndirib və Pxanmunjom sərhəd zonasında yüksək səviyyəli danışıqlar aparmağı təklif edib.