\
24 Noyabr 2024 - Bazar günü

Peskov: "Putin və Paşinyan arasındakı görüşdə Qarabağ münaqişəsi müzakirə olunmayıb"

Peskov: "Putin və Paşinyan arasındakı görüşdə Qarabağ münaqişəsi müzakirə olunmayıb"
1729baxış

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə müzakirə olunmayıb".

Bu barədə "Report"un Rusiya bürosuna Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Qarabağ münaqişəsi müzakirə olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb", - D.Peskov deyib.

Xatırladaq ki, dünən Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüş keçiriblər.