\
24 Noyabr 2024 - Bazar günü

Jirinovski: "Zibillərini bəhanə edib, Saakaşvilini qovdular"

Jirinovski: "Zibillərini bəhanə edib, Saakaşvilini qovdular"
1630baxış

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Ukraynanın hakimiyyət orqanlarının Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini ölkədən çıxarmaq qərarını tənqid edib.

Axar.az xəbər verir ki, o, bu qərarın Avropa dəyərlərinə uyğun olmadığını bildirib.

"Ukrayna Avropaya, Avropa dəyərlərinə yönəldiyini iddia edir. Bu isə ilk növbədə, tolerantlıq, demokratiya, plüralizmdir. Lakin buna baxmayaraq, Kiyev zibilləri bəhanə ilə keçmiş qubernatorlarını və siyasi partiya liderini vətəndaşlıqdan məhrum edib. İndi də ölkədən çıxardılar".

Mediapress.az