Bu sanksiyalardan Bakı yox, İrəvan uduzacaq - Məlikyan
ABŞ-ın Rusiyanın hərbi sənayesinə sanksiya tətbiqindən ən çox əziyyəti İrəvan çəkəcək.
Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməni ekspert Gevorq Məlikyan deyib.
“Silahlanma yarışı konfliktlərdə ciddi komponentlərdən biridir. Rus-çeçen müharibəsində Rusiya tərəfi həm özünü, həm də çeçenləri silahlandırırdı. Ona görə ki, silahsız döyüşmək mümkün deyil. 2016-cı ildə Ermənistana 100%-lik silah tədarükçüsü Rusiya idi. Əgər Rusiyaya bu istiqamətdə sanksiyalar tətbiq edilirsə, demək ki, Ermənistan əsas silah mənbəsindən məhrum olur. Azərbaycana isə Rusiyadan silahın 60-65%-ni tədarük edir. Yerdə qalanları isə o, Ukrayna, Belarus, İsrail və Türkiyədən alır. Əgər bu silah alışı iki ölkəyə də qadağan olunsa, o zaman bundan Ermənistan tərəfi əziyyət çəkəcək. Azərbaycanın bundan sonra problemləri olmayacaq, amma Ermənistanın həm də maliyyə baxımından problemləri yaranacaq”, - deyə o bildirib.