\
24 Noyabr 2024 - Bazar günü

Maduro Trampı dialoqa çağırıb

Maduro Trampı dialoqa çağırıb
1724baxış

Venesuela prezidenti Nikolas Maduro ABŞ lideri Donald Trampı dialoqa çağırıb.

Bu barədə N.Maduro özünün “Twitter” səhifəsində yazıb.

"Donald Tramp bəyan edirdi ki, ABŞ-ın siyasəti digər ölkələrin daxili işlərinə müdaxilə etməməkdir. Bu sözlərə əməl edərək aqressiyadan dialoqa keçməyin vaxtı çatıb. Karakas və yaxud Vaşinqtonda - heç bir fərq yoxdur. Vaxt və yer, mən orada olacağam”, N.Maduro yazıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Reks Tillerson Venesuelaya qarşı neft embarqosunun tətbiqi ehtimalının nəzərdən keçirildiyini söyləyib. (apa)

Mediapress.az