ABŞ 2017-ci ildə ən az qaçqın qəbul etmiş oldu - Trampın ağır miqrasiya siyasəti
Donald Trampın iqtidarı dövründə ABŞ-ın ən az qaçqın qəbul etdiyi faktı məlum olub. Bu, son 15 ildə ən aşağı göstəricidir. USA Today qəzetinin Dövlət Departamentinə istinadən yaydığı məlumata görə, 2017-ci ildə ölkəyə qanuni əsaslarla 29022 qaçqın yerləşib. Sonuncu dəfə belə bir aşağı göstərici 2001-ci ilin 11 sentyabr terror aktından sonra qeydə alınmışdı. Belə ki, 2002-ci ildə ABŞ-ın miqrasiya siyasəti ağırlaşdırılmışdı.
Kiçik Corc Buş və Barak Obamanın dövrlərində ABŞ qaçqın qəbulu kvotasını illik 70-80 min nəfərə qaldırıb. Qanunvericiliyə əsasən, öz ölkəsində şiddətə məruz qalan və təqib olunan daha 94.8 min insan 2016-cı ildə amerikalı ola bilib.
Xatırladaq ki, D,Tramp hələ seçkiqabağı marafonda, 2015-ci ilin dekabr ayında müsəlman olan insanların ABŞ-a miqrasiyasını qadağan edəcəyini bildirmişdi. Onun iqtidara gəlişi ilə əlaqədar 11 dövlətin vətəndaşları ABŞ-a sığınmaq imkanlarından məhrum ediliblər. Misir, İran, İraq, Liviya, Mali, Şimali Koreya, Somali, Sudan, Cənubi Sudan, Suriya, Yəmən qaçqınları üçün ABŞ-ın yolu Tramp tərəfindən bağlanıb.