ABŞ Rusiya ilə müharibəyə hazırlaşır - Moskva FAKTI AÇIQLADI
“ABŞ-ın hərbi büdcəsi Rusiyanın analoji büdcəsindən 10 dəfə çoxdur və bu, Rusiya ilə müharibədə qələbəyə hədəflənib”.
Bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Aleksandr Venediktov “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.
“ABŞ-ın hərbi büdcəsi Rusiyanın hərbi büdcəsini 10 dəfədən də çox otür və milli strategiyanın əsas vəzifələrinin yerinə yetirilməsinə, döyüş hazırlığının səviyyəsinin yüksəlməsinə, silahlı qüvvələrin texniki təchizatının artırılmasına və genişmiqyaslı münaqişədə qələbə qazanmağa yönəlib”, - Venediktov deyib.
Qeyd edək ki, ABŞ administrasiyası 2019-cu il maliyyə ilinin büdcə layihəsini (2018-ci il oktyabrın 1-dən başlanır –red.) Konqresin müzakirəsinə təqdim edib. Sənəddən göründüyü kimi, ABŞ prezidenti Donald Tramp hərbi xərclər üçün təxminən 700 milyard dolların ayrılmasını tələb edib. Bu məbləğin 24 milyardı nüvə triadasının (yerüstü, sualtı gəmilər və strateji bombardmançılarda yerləşdirilən qitələrarası ballistik raketlər – red.), 6 milyardı isə raket əleyhinə müdafiə sistemlərinin yenilənməsinə xərclənməlidir. (publika)