Moldovada vəziyyət qarışır: - Hökumət prezidenti boykot etdi; qaqauzlar isə Türkiyəyə üz tutur...
Prezident İror Dodonun Ali Təhlükəsizlik Şurasının (ATŞ) çərşənbə gününə təyin etdiyi iclasında hökumət və parlament üzvlərinin iştirak etməyəcəyini cəmiyyət Moldova Demokratik Partiyasının (MDP) tədbirindən sonra bilib. Prezidentin hərəkətlərinin boykot edilməsi haqqında şəxsən MDP lideri Vladimir Plaxotnyukməlumat verib.
“Moldpres.md”nin yazdığına görə, bu durumda o izah edib ki, bu, prezidentlə digər hakimiyyət orqanları arasında koordinasiyanın olmamasına etiraz əlaməti olaraq edilib.
Plaxotnyukun sözlərinə görə, dövlət başçısı İqor Dodon Şuranın gündəliyinın detallarını mətbuatda təqdim edib, lakin onlar haqqında bu forumun iştirakçılarına məlumat verməyi unudub. Rəsmi hakimiyyət nümayəndəsi olmayan, ancaq ölkəni idarə edən Vladimir Plaxotnyuk deyib: “Biz təsbit edirik ki, iclas dövlətin birinci şəxslərinin ölkədə olmadığı məlum olduğu gün təyin olunub. Bu səbəblərə görə, biz hökumət və parlament üzvlərinə bu forumda iştirak etməmək haqqında tövsiyyə etmək və prezident Dodondan bu şuranın iclasını yuxarıda deyilənləri nəzərə almaqla çağırmasını xahiş etmək haqqında qərar qəbul etdik”.
Bir zamanlar Avropa Şurasının Baş katibi Tyorbörn Yaqland Moldovanı “oliqarxlar tərəfindən ələ keçirilmiş ölkə” adlandıranda məhz onu nəzərdə tuturdu.
Xatırladaq, dövlət başçısı İqor Dodon 7 marta ATŞ-in iclasını çağırıb.Gündəliyə amerikan analitik dedektiv agentliyi “Kroll-2”nin hesabatı və Milli müdafiə strategiyası layihəsilə, həmçinin hakimiyyət nümayəndələrinin dəstəyilə hərəkat tərəfdarlarının Moldovanın Rumıniya ilə birləşdirilməsilə bağlı apardığı kampaniya ilə əlaqədar olan məsələlər daxil edilib. Bundan əlavə, Dodon, Müdafiə Nazirliyinin ABŞ-dan letal silahlar alma niyyəti haqqında məsələnin müzakirə olunmasına da söz verib.
Əvvəllər “uniri”yə – Moldovanın Rumıniya ilə birləşməsinə qarşı Qaqauz muxtariyyatı çıxış edib. Ağsaqqalların və muxtariyyatın bütün səviyyələrdən olan hakimiyyət nümayəndələrinin yığıncağında rəsmi Kişinyovun antikonstitusiya çağırışlarına və aksiyalarına reaksiya verməməsilə əlaqədar olaraq etiraz bəyan edilib. Qaqauzlar Moldova hakimiyyətinə bildiriblər ki, onlar Rumıniyanın tərkibinə daxil olmayacaqlar. Və 21 aprelə muxtariyyatın bütün səviyyələrdən olan hakimiyyət nümayəndələrinin böyük yığıncağını təyin ediblər. Qaqauziyanın başçısı, Moldova hökumətinin üzvü İrina Vlaxrumıniyameylli qüvvələrin fəaliyyətinin aktivləşməsinin muxtariyyatda narahatlıq yaratdığını qeyd edərək, öz xalqını dəstəkləyib. Qaqauzlar ATƏT, AB, RF və Türkiyəni bu barədə məlumatlandırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı may ayında Komratda (Qaqauz ərazi muxtariyyatının paytaxtı) gözləyirlər. Qaqauz Respublikası (1989-cu ildə yaradılıb və sonra Moldova parlamenti tərəfindən muxtariyyata çevrilib) Ali Sovetinin sabiq sədri Mixail Kindeqelyan “NQ”-yə deyib ki, qaqauzlar Ərdoğandan Moldova Respublikasının (MR) suverenliyinin itirilməsi halında, Türkiyənin onların öz müqəddəratlarını təyin etmə hüququna əməl edilməsinin təminatçısı olmasını xahiş edəcəklər. Kindeqelyan izah edib ki, bu, muxtariyyat əhalisinin əksəriyyətinin 2004-cü ildə keçirilən referendumda səs verdiyi “təxirəsalınmış status” adlandırılır. O əmindir ki, Türkiyə “öz qardaşlarını” atmayacaq.
Prezident Dodon həmçinin yüksək səviyyəli məmurların Moldova dövlətinin konstitusiya quruluşunun məhv edilməsinə yönəlik hərəkətlərə susma praktikasını da pisləyib. Və buna görə ATŞ-i çağırıb.
Qeyd etmək lazımdır ki, İqor Dodon prezident postuna, sosioloji rəy sorğularının göstərdiyi kimi, Moldova dövlətçiliyinin saxlanmasını müdafiə edən respublika vətəndaşlarının əksəriyyətinin səsilə seçilib. Lakin, görünür, hakimiyyət bunu nəzərə almaq niyyətində deyil. Moldovada siyasətlə məşğul olan Rumıniyanın keçmiş prezidenti Trayan Besesku bəyan edib ki, birləşmə haqqında qərarı “vətəndaşlar deyil, parlamentlər qəbul etməlidi”. Kişinyovda heç kim onun dediklərinə düzəliş verməyib. Eyni zamanda, AB-yə yönələn və Avropa dəyərlərinə hörmət etdiyini bəyan edən bir ölkədə belə düşüncələri eşitmək, ən azı, qəribədir. Qaqauzlar isə deyirlər ki, həm də dəhşətlidir. Ona görə də onlar, Moldova parlamentinin deputatı Kornel Dudnikin dediyi kimi, “əllərində avtomat ölkə müstəqilliyini müdafiə etmək” niyyətindədirlər. Qaqauziya başçısı İrina Vlax izah edib ki, qaqauzlar üçün doğma ev olan Moldova Respublikasının müstəqilliyi nəzərdə tutulur. Evi isə müdafiə edirlər və yadlara vermirlər.
Bir daha xatırladaq, bu ərəfədə Moldova prezidenti çərşənbə günü səhər ATŞ-in iclasını çağırmaq niyyətində olması haqqında məlumat verib. O, müzakirə üçün geniş gündəlik təklif etdi. O cümlədən, MR bank sistemindən milyard dollar oğurlanmasının təhqiqatının gedişini, həmçinin onun tərəfindən mübahisələndirilən, Rusiya təbliğatını qadağan edən və 12 fevralda Moldovada qüvvəyə minən qanunu. Bu gün MR-də RF kanallarının bütün xəbər proqramları və siyasi şouları televiziya verilişləri şəbəkəsindən çıxarılıb. Kişinyov sakinlərinin “NQ”-yə dediyinə görə, onlara internetdə də baxmaq olmaz. Bəzi sahibkarlar kifayət qədər yüksək cərimə ödədikdən sonra kabel şəbəkələrdən də qadağan edilmiş xəbərləri çıxarıblar. Qaqauziyada bütün vətəndaşlarına peyk antenası almağa qərar veriblər. Kişinyov sakinlərinin əksəriyyəti də “çanaqlar” əldə etməyə başlayıb. Diqqətəlayiqdir ki, ABŞ-ın Moldovadakı səfiri Ceyms PettitRusiya xəbərlərinin translyasiyasının respublikada qadağan edilməsini KİV azadlğının pozulması adlandırıb. O, bu barədə fikrini “NTV Moldova” kanalında, “Yiliya Fyodorova ilə başlıca məsələ” televiziya verilişində bəyan edib.
Səfir hesab edir ki, Rusiya xəbərləri “cəmiyyəti təhdid edir”, lakin onunla “demokratik üsullarla” mübarizə aparmaq lazımdır. Səfir eyni zamanda Moldovanın Rusiya ilə münasibət qurmasına tərəfdar olduğunu bildirib. Diplomat deyib: “Mən vətəndaşları daha çox analiz və müqayisə etməyə təşviq edərdim. Mənim üçün, məsələn, CNN və Fox-a baxmaq faydalıdı, bu, qiymətləndirməyə, harda doğru, harda yalan olduğunu müəyyən etməyə kömək edir”.
O, respublikada daxili təbliğata toxunaraq qeyd edib ki, “televiziya məkanının inhisara alınması böyük riskdir”.
Diplomat bildirib ki, televiziyaya giriş kiçik bir qrupun əlində cəmlənib, bu da pisdir, belə ki, müstəqil mətbuat olmadıqda demokratiyanın mühüm elementi itirilir.
Kişinyovdakı hakimiyyət dairələri isə Amerika səfirinin tənqidi qeydlərinə reaksiya verməyiblər.
Daha öncə Moldova prezidenti bəyan edib ki, əgər parlament və hökumət nümayəndələri ATŞ-in iclasını bloklamağa cəhd edəcəklərsə, ötən il olduğu kimi, onda o, iclas pozulmasın deyə, şuranın tərkibini öz müşavirləri hesabına genişləndirəcək.(strateq.az)