\
24 Noyabr 2024 - Bazar günü

Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir

Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir
1690baxış

Şimali  Koreya lideri Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq və iki ölkə arasında diplomatik münasibətlər qurmaq niyyətindədir.  APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın "Tona İlbo" nəşrinə ölkə prezidenti administrasiyasındakı mənbə bildirib. 

Mənbə qeyd edib ki, ABŞ-la münasibətləri normallaşdırmaq niyyətini Kim Çen In  Cənubi Koreyanın  nümayəndə heyəti ilə Pxenyanda keçirdiyi görüşdə açıqlayıb. 

"Kim Çen Inın yekun məqsədi ABŞ-la sülh sazişinin imzalanması, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və Pxenyanda ABŞ səfirliyinin açılmasıdır", - deyə mənbə qeyd edib. 

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşməyi təklif edib. Vaşinqton təkliflə razılaşıb. Görüşün vaxtı və yeri razılaşdırılacaq. 

 

Mediapress.az