\
24 Noyabr 2024 - Bazar günü

Artur Rasizadə istefaya göndəriləcək? - AÇIQLAMA

Artur Rasizadə istefaya göndəriləcək? - AÇIQLAMA
1731baxış
Azərbaycanda artıq islahatlara start verilib və bu, davam etdiriləcək. Biz müəyyən kadr islahatlarının da şahidi olacağıq. Həmçinin bəzi dövlət orqanlarının birləşdirilməsi, ləğvi baş verəcək. Çünki İlham Əliyevin prezidentliyi dövründə biz vaxtaşırı bunların şahidi olmuşuq. 2018-ci il prezident seçkilərindən sonra, ola bilər, Konstitusiyaya uyğun olaraq yeni hökumətin tərkibi qurulsun, müəyyən kadr dəyişiklikləri həyata keçirilsin. Əlbəttə, bütün bunlar cənab prezidentin səlahiyyətində olan məsələlərdir. Bu addımlar da ölkənin iqtisadi inkişafına müsbət təsirini göstərəcək”.
 
Mediapress.az xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov musavat.com-a verdiyi geniş müsahibəsində deyib. 
 
Millət vəkili Baş nazir Artur Rasizadənin istefaya göndərilməsi barədə sualı da cavablandırıb.
 
"Birincisi, Artur Rasizadə kifayət qədər təcrübəli şəxsiyyətdir. Mən uzun müddət onunla bir yerdə, maşınqayırma sahəsində işləmişəm və həmişə də yaxın münasibətlərimiz olub. İndi də yaxın münasibətlərimiz var. Baş nazir kimi, əlbəttə, işlədiyi dövr ərzində öz fəaliyyəti ilə iqtisadiyyatımıza müsbət təsirini göstərib. Amma yaş hər şeyi həll edir. İnsanın fiziki göstəriciləri, işləmə müddəti var. Mən Artur müəllimlə mütəmadi olaraq əlaqə saxlayıram, həftədə bir dəfə, ayda 2-3 dəfə telefonla danışırıq, bəzi məsələləri müzakirə edirik. Kifayət qədər ağlı, savadı yerində olan bir şəxsdir və onda elə bir narahatlıq hiss etmirəm. Amma yenə deyirəm, sağlamlığı ilə əlaqədar hansısa məsələlər ola bilər. İkincisi də, cənab prezidentin səlahiyyətində olan məsələdir, yeni hökumət mütləq qurulmalıdır. Fikir verirsinizsə, son vaxtlar gənclərə çox böyük üstünlük verilir, cavan nazirlər təyin olunur, onların arasında özünü doğruldanlar da, doğrultmayanlar da var. Lakin yaşlı nəsildən də istifadə etmək lazımdır, çünki təcrübə çox böyük əhəmiyyət kəsb edir. Artur Rasizadənin uzun müddət işləməsində də məhz onun islahatdan hökumətə gəlməsi və uzun müddət Heydər Əliyevlə bir yerdə çalışmasının rolu olub”.