Fransalı qadın lotereyada cekpot udub
ransanın Byufer kommunasının (Vendeya departamenti) qadın sakini “Loto” lotereyasında 2 milyon avro udub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.
Məlumata görə, söhbət fevralın 15-də baş tutan lotereyadan gedir. Xoşbəxt biletin “Chez Toto” tütün köşkündən alındığı bilinir.
Qalibin sözlərinə görə, o, cekpot udduğu lotereyanı iki qızı ilə birgə izləyib.
O bildirib ki, televiziyadan verilişi izləyən zaman ailə üzvləri uğura ümid edərək bileti əllərindən buraxmayıblar.
“Bu, göylərin bizim üçün hədiyyəsi idi”, - Byufer kommunasının sakini söyləyib. Qalib qazandığı pulla evini təmir etdirmək və digər daşınmaz əmlak almaq niyyətində olduğunu deyib.
Qeyd edək ki, “Loto” tarixindəki ən böyük cekpot 2011-ci ildə Val Duaz departamentinin sakini tərəfindən udulan 24 milyon avroluq mükafatdır.