\
22 Noyabr 2024 - Cümə

Qırmızı qar yağdı

Qırmızı qar yağdı
1215baxış

Yay aylarında Alp dağlarının yüksəkliklərində müşahidə olunan qırmızı qar elm adamlarını hərəkətə keçirib.

Mediapress.az xəbər verir ki, alimlərin verdiyi açıqlamada mikro yosunların çoxalmasının qarın rənginin dəyişməsinə səbəb olduğu və bunun havadakı karbon dioksid miqdarının artması ilə əlaqəli olduğu qeyd edilib.

Beynəlxalq Elmi Tədqiqat Mərkəzinin Hüceyrə və bitki fiziologiyası laboratoriyasının direktoru Erik Marexal açıqlamasında izah edib ki, may ayından başlayaraq Günəş şüaları çoxaldıqda yosunlar gündən qoruyucu rolunu oynayan qırmızı molekullardan ibarət qalxan yaradır. Zamanla bu hal artdıqca dağ zirvələrinə sürreal görünüş verir.