\
25 Aprel 2024 - Cümə axşamı

Axtarışda olan balıqçını timsah udubmuş - VİDEO - FOTOLAR

Axtarışda olan balıqçını timsah udubmuş - VİDEO - FOTOLAR
1320baxış

İndoneziyada balıqçılıqla dolanışığını təmin edən üç uşaq atası Samsul Bahri iyulun 19-da Semaca çayına balıq tutmağa gedib. O, tilovuna balıq düşəcəyini gözləyərkən nəhəng bir timsahın qurbanı olub.

Mediapress.az xarici mətbuata istinadən bildirir ki, ailə başçısının gəlmədiyini görən yaxınları onun itkin düşməsi ilə bağlı polisə xəbər verib. Plis Bahrinin timsah hücumuna məruz qaldığını ehtimal etdiyi üçün ərazini nəzarətə götürüblər. Üç gün davam edən tədbirlərdən sonra oralarda dolaşan böyük bir timsah mütəxəssislər tərəfindən tutulub. Amma Bəhrinin qalıqları timsahın mədəsində olmayıb.

Hər kəsi heyrətə salan hadisənin həqiqəti ətraflı müayinədən sonra anlaşılıb. Buna uyğun olaraq, timsahın Bəhrini həzm etdiyi və buna görə də mədəsinin boş olduğu bildirilib.