\
24 Aprel 2024 - Çərşənbə

60 yaşlı müəllim siutinin hücumuna məruz qaldı - ANBAAN VİDEO

60 yaşlı müəllim siutinin hücumuna məruz qaldı - ANBAAN VİDEO
1008baxış

Havay adalarındakı Kaimana çimərliyində suiti üzgüçü qadına hücum edib.

Mediapress.az xarici mətbuata istinadən xəbər verir ki, sahildəki insanların təcili müdaxiləsindən sonra yaralı qadını suitinin hücumundan xilas emək mümkün olub. O, dərhal tibbi məntəqəyə aparılıb.  Müayinə zamanı məlum olub ki, qadın üzündən, belindən və qollarından xəsarətlər alıb.

Havay Torpaq və Təbii Sərvətlər Departamentinin məlumatına görə, 60 yaşlı bu qadın  Kaliforniya məktəbinin müəllimidir. Bu hadisədən sonra Havay Dəniz Heyvanlarına Müdaxilə (HMAR) qrupu ictimaiyyətə xəbərdarlıq edib.

"İnsanlara bir daha xatırladılır ki, Havay suitilərinin balaları olan anaları qoruyucudur, təhlükəli ola bilər və yaxınlıqdakı üzgüçülərə ciddi xəsarət yetirə bilər. HMAR insanlara suiti anası balaları ilə birlikdə ərazidə olduqda üzməməyi tövsiyə edir. Ən az 150 metr uzaqlıqda olan suiti balaları ilə", - deyə xəbərdarlıqda bildirilir. 

 

Uyarı yapıldı