\
22 Noyabr 2024 - Cümə

Tarixdə ilk dəfə olaraq günəş enerjisi kosmosdan Yerə ötürüldü

Tarixdə ilk dəfə olaraq günəş enerjisi kosmosdan Yerə ötürüldü
1513baxış

Alimlər təmiz və dayanıqlı enerji mənbələri axtarışlarını davam etdirirlər. Bu işdə perspektivli istiqamətlərdən biri günəş enerjisini birbaşa kosmosda Yerə ötürə bilən texnologiyaların inkişafıdır.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu yaxınlarda Kaliforniya Texnologiya İnstitutunun alimləri orbital peykdən istifadə edərək enerji toplayıb, Yerə ötürməklə bu sahədə müəyyən uğurlar əldə ediblər. Beləliklə, tarixdə ilk dəfə olaraq günəş enerjisi kosmosdan Yerə ötürülüb.

Alimlərin apardığı təcrübə enerjinin kosmosdan Yerə ötürülməsini asanlaşdıran "Microwave Array for Power-transfer Low-orbit Experiment" (MAPLE) cihazı sayəsində mümkün olub. Bu cihaz fotovoltaik elementlərdən istifadə edərək günəş enerjisini tutmağa qadir olan kiçik "6U CubeSat" peyki kimi hazırlanıb.

Bəs bu nə üçün vacibdir?

Belə ki, buludlu və yağışlı günlərdə günəş panellərinin gücü 25% azala bilər və gecə saatlarında enerji istehsal edə bilməz. Bunun əksinə olaraq, orbitdəki günəş panelləri daim günəş işığı almağa yönəldilsə, davamlı olaraq enerji istehsal edə bilər. İndi elm adamları enerjinin orbitdən Yerə ötürülməsi üçün etibarlı bir üsul inkişaf etdirməlidirlər. Bundan müəssisələrin, evlərin və digər obyektlərin enerji təchizatı üçün istifadə oluna bilər.