Daha bir ölkə həmcins evliliyini qanuniləşdirir
1561
Tailandın Nümayəndələr Palatası eynicinsli nikahları tanıyan qanun layihəsini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata əsasən, qanun qüvvəyə minməzdən əvvəl kralın təsdiqini almalıdır. Əgər bu baş verərsə, Tailand Cənub-Şərqi Asiyada eynicinslilərin nikahını qanuniləşdirən ilk ölkə olacaq.