İki qardaş 12 saniyə ərzində 25 milyon dolları belə oğurladı
1539
ABŞ-da iki qardaş 12 saniyənin içində 25 milyon dollar dəyərində kriptovalyuta oğurlamaqda ittiham olunur.
Publika.az xəbər verir ki, 24 yaşlı Anton Peraire-Bueno və 28 yaşlı Ceyms Peraire-Bueno elektron saxtakarlıq və çirkli pulların yuyulmasında ittiham olunaraq həbs edilib.
ABŞ Ədliyyə Nazirliyi 2023-cü ilin aprelində baş vermiş oğurluğun ilk dəfə olduğunu qeyd edib.
Prokuror müavini Lisa Monako bildirib ki, Peraire-Bueno qardaşları çox qabaqcıl, mürəkkəb texnologiyadan istifadə ediblər: “Onlar aylardır üzərində çalışdıqları planı saniyələr ərzində həyata keçiriblər. Nəticədə 25 milyon dollar qazanıblar".