\
18 Mart 2025 - Çərşənbə axşamı

Avstraliyada qolf topu böyüklüyündə dolu yağdı - Video

Avstraliyada qolf topu böyüklüyündə dolu yağdı - Video
1618baxış

Avstraliyada sürəti 100 km/saata çatan güclü külək əsib, ardınca dolu yağıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "ABC News" məlumat verib.

Məlumata görə, Kvinslend ştatında qolf topu böyüklüyündə dolu düşüb.

"Dolu kürələri çox böyük idi, nəqliyyatın hərəkəti bir anda dayandı", - yerli sakinlər bildiriblər.

Həmçinin, dolunun plastik istixanaları deşdiyi də qeyd edilib.