\
22 Noyabr 2024 - Cümə

Almaniyada qadın ərinin cəsədini il yarım mənzildə saxlayıb

Almaniyada qadın ərinin cəsədini il yarım mənzildə saxlayıb
1859baxış

Almaniyada qadın vəfat etmiş ərinin cəsədini il yarım mənzildə saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Dpa" məlumat yayıb.

Bildirilir ki, buna səbəb qadının ərindən ayrıla bilməməsi olub. Binanın rəhbəri polisə kişini uzun müddət görməməsi və bu səbəbdən şübhələrinin yarandığını bildirib. Mənzilə gələn hüquq-mühafizə orqanları burada kişinin cəsədini aşkar ediblər.

Məlum olub ki, 73 yaşlı dul qadın ərinin cəsədini otaqlardan birində saxlayıb. Meyit parça və kağıza bükülüb.

Mediapress.az