Çində kişi 12 ildən sonra komadan ayılıb
Çin sakini Van Şubao 12 il sürən komadan ayılıb.
"Report" "Daily Mirror" qəzetinə istinadən xəbər verir ki, bütün bu illər ərzində ona yaşlı anası Vey Minyin baxıb.
"Van Şubao 2006-cı ildə avtomobil qəzası nəticəsində ciddi travma aldı, həmin vaxt onun 36 yaşı var idi", - deyə nəşr yazır.
Hazırda 75 yaşı olan Vey Minyin oğluna qulluq etmək üçün əlində olan bütün vəsaitini xərcləyib. O, yerli mətbuata açıqlamasında bir ay ac qaldığını bildirib. Tibbi xərclər ucbatından qadının təqribən 17 min dollar borcu yaranıb. Ailənin kişisi faciədən xeyli əvvəl dünyasını dəyişib.
Vey Minyin oğlu ayılanda onun çarpayısında olub. Van Şubao hələ danışmasa da, gülə bilir. Vey Minyin oğlunun tam sağalacağına ümid etdiyini deyib.
"Mən heç vaxt təslim olmayacağam", - deyə o bildirib.
Bundan əvvəl Çində zavodda partlayış olması barədə xəbər yayılıb.