Bir jaketə görə 38 kilo arıqladı
Şotlandiya sakini “çirkin yeni il jaketini” geyinmək üçün 38 kilo arıqlayıb. Buna səbəb bu jaketin digərlərinin də əyninə gəlməməsi olub. Bu barədə “The Mirror” nəşri xəbər verib. 2016-cı ildə, ənənəvi olaraq dekabrda keçirilən yeni il jaketləri günündə 52 yaşlı Fiona Edni XXXL ölçülü jaketdə işə gəlib.
114 kilo ağırlığında olan qadın xarici görünüşünə görə narahatlıq keçirib. “Mən bu çirkin jaketdə o qədər pis görünürdüm ki... Onun üstündə robot şəkli vardı və mən onu kişi şöbəsindən əldə etmişdim”, qadın deyib.
Qadın bu geyimdə işə gələndə iş yoldaşları ona bildiriblər ki, dress-kod dəyişib və o, bu zaman qəti olaraq arıqlamağa qərar verib. İki ilə Edni çəkisinin üçdə birini atıb və XXXL ölçüsü əvəzinə M ölçülü geyimlər geyinməyə başlayıb. “Yeni il jaketi nəinki mənim həyatımı dəyişdi, ola bilsin, onu həm də xilas etdi. İndi mən ona qəribə bir bağlılıq hiss edirəm. Bu, məni özümün yeni versiyama çevirdi”, - bunu da şotlandlı qadın söyləyib.
Qadın etiraf edib ki, 1993-cü ildən etibarən yavaş-yavaş çəki artırmağa başlayıb. Həmin vaxt o, birinci hamiləliyini yaşayırmış. Əri olmadığı və üç uşağa təkbaşına baxdığı üçün sağlam qidalar hazırlamağa vaxtı olmayan qadın daha çox yarımfabrikatlara üstünlük verirmiş. Şirniyyat və un məmulatlarını menyudan əskik etmədiyi üçün də tez bir zamanda kökəlib. Qadın arıqlamaq üçün diyetoloqa müraciət edib. İndi nahara bürger, kartof və şokolad batonu əvəzinə, şorba, salat, yağsız ət və tərəvəzli yeməklər yeyir.