\
25 Noyabr 2024 - Bazar ertəsi

Norveçdə azərbaycanlı ailənin uşağı əllərindən alındı

Norveçdə azərbaycanlı ailənin uşağı əllərindən alındı
1058baxış

Norveç Uşaq Evi azərbaycanlı ailənin uşağını əllərindən alıb.

AzEuroNews.com xəbər verir ki, Norveçdə yaşayan Azərbaycan vətəndaşı Yusif Əsgərov bununla bağlı metbuat.az-a müraciət edib. Azərbaycanlı ata deyib ki, Norveç Uşaq Evi bir neçə gün öncə övladını əlindən alıb və uşağın norveçli bir ailəyə veriləcəyini bildirib.

Buna səbəb kimi atanın uşaqla göz kontaktının olmaması və uşaqla davranışında qəfil hərəkətlər etdiyi iddia edilib. Yusif Əsgərov baş verənlərlə bağlı Azərbaycanın Norveçdəki Səfirliyinə müraciət etsə də, cəhdi uğursuz alınıb. Azərbaycanlı iddia edir ki, səfirlik problemlə bağlı ona kömək edə biməyəcəyini açıqlayıb.

Həyat yoldaşı həm Norveç, həm də Rusiya vətəndaşı olduğu üçün ailə Rusiya səfirliyinə də müraciət edib. Hətta Rusiya telekanalları ailənin başına gələn hadisəni işqlandırıblar.

İndi azərbaycanlı ata övladının ona geri qaytarılması üçün dövlət qurumlarından kömək istəyir.

Mediapress.az