\
25 Noyabr 2024 - Bazar ertəsi

Bu balina insan kimi danışır - VİDEO

Bu balina insan kimi danışır - VİDEO
1081baxış
Qatil balinaya danışmağı öyrədiblər
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Şotlandiyanın Sent-Endryus Universitetinin alimləri əhilləşdirdikləri balinaya insan kimi danışmağı öyrədiblər. Belə ki, Viki adlı balina "salam", "gülə-gülə" sözlərini deməyi, baxıcısını Emi adı ilə çağırmağı, həmçinin 3-ə qədər saymağı bacarır.
 
16 yaşlı balinanın danışığının nə qədər aydın olması isə xüsusi cihaz vasitəsilə yoxlanılır.
 
Qeyd edək ki, balinaların digər dəniz canlılarını təqlid edə bilmələri öncədən elmə məlum idi, lakin alimlər onların insan səsini təqlid edə biləcəyini düşünməmişdilər.