Norveçdə dünyanın ən böyük sualtı restoranı açılıb - FOTO
1878
Norveçin cənubundakı Lindesnes şəhərində dünyanın ən böyük sualtı restoranı açılıb.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, 5 metrlik dərinlikdə quraşdırılan 100 yerlik “Under” adlı yeni restoran kənardan baxanda dəniz dibindən yüksələn qayanı xatırladır. Yeni iaşə müəssisəsinin bir divarının şüşədən olması müştərilər üçün ən müxtəlif dəniz canlılarına, o cümlədən suitilərə də rahat tamaşa etmək imkanları yaradır.
Restoranda dəniz nemətləri ilə yanaşı, dəniz quşlarından və yabanı qoyunlardan da hazırlanmış yeməklər dadmaq olar.