Dəhşətli hadisə -Öldürdüyü 63 pişiyi soyuducuda saxladı
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin tüklərini ürpədib.
25 yaşlı Caycee Bregel adlı qadın öldürdüyü 63 pişiyin cəsədini soyuducuda saxlamaqda günahlandırılaraq saxlanılıb.
Öldürdüyü pişiklərdən başqa canlı 43 pişik və 1 donuz saxladığı evdən ağır heyvan nəcisinin qoxusu gəldiyi üçün ətrafdakıların diqqətini çəkib.
Evə girən vəzifəli şəxslər evdən onlarla canlı pişik, 1 donuz, soyuducuda və evin arxa hissəsində 63 pişiyin cəsədini tapıb.
Çoxlu sayda heyvanı öldürmə cinayəti ilə saxlanılan qadın 90 günlük ev həbsi, 200 saatlıq dövlət xidməti və iki il nəzarət şərti ilə buraxılıb.
Psixoloji problemləri olduğu müəyyən olunan qadına, həyatı boyu ev heyvanlarına sahib olma və onlara baxma icazəsi veriləməyəcək./metbuat.az