Məşhur cərrah Nərmini gözəlləşdirəcək - VİDEO
1923
Azərbaycanlı stilist Anar Ağakişiyevin makiyaj etdiyi üzü yanmış qadın əməliyyat olunacaq.
Anar Ağakişiyev dünən "5/5" verilişində qonaq olub. Onun sözlərinə görə, makiyaj etdiyi həmin xanımın adı Nərmindir. Nərmin Azərbaycanın rayonlarından birində yaşayır.
Anar üzü yanmış xanımı makiyaj etməsinin yer aldığı videonun xarici ölkələrdə müzakirə obyektinə çevrildiyini söyləyib. Anar makiyaj vasitəsi ilə bir neçə saatlıq xoşbəxt etdiyi Nərminin yaxın zamanlarda əməliyyat olunacağı barədə məlumat verib. Stilist etiraf edib ki, dünyanın məşhur cərrahlarından biri həmin qadını əməliyyatla gözəlləşdirməyi öz öhdəsinə götürüb. (publika)