\
28 Mart 2024 - Cümə axşamı

Piton ilan sirkdə sahibini boğub öldürdü - Dağıstanda - VİDEO

Piton ilan sirkdə sahibini boğub öldürdü - Dağıstanda - VİDEO
1571baxış

Mediapress.az xəbər verir ki, Dağıstanda keçirilən sirkdə xoşagəlməz olay yaşanılıb. Belə ki, pilon ilanla tamaşaçıların qarşısına çıxan artist bir qədər keçmiş yerə yıxılıb. Tamaşaçılar bunun bir göstəri olduğunu düşünüblər. Lakin artistin tərpənmədiyini görən iş yoldaşları tez onun köməyinə yetişiblər. İlanı boynundan çıxarıblar. Amma artiq gec olub. Piton sahibini boğaraq öldürüb. 

Qeyd edək ki, pitonlar uzunluğu 10 m-ə qədər olan güclü ilanlardır. Zəhərli olmurlar. O qədər qüvvətli olurlar ki, zəhərə ehtiyacları olmur. Çevikliyi və gücləri son həddədir. Ovlarına bütün vücudları  ilə sarılaraq tərpənməz hala gətirə biləcək qüvvətə malikdirlər. 

Günel Ayxan