İrandakı mitinqdə qadın baş örtüyünü açdı! - BU ŞƏKİLƏ GÖRƏ İRANDA İNTERNET KƏSİLDİ - EKSKLÜZİV
Qadınların kütləvi itaətsizliyi başladı!
İran İslam Respublikasında ictimai-siyasi vəziyyət ağırlaşmaqdadır. İqtisadi etirazlar zaman-zaman öz yerini siyasi çağırışlara, kütləvi itaətsizliyə verir. Ölkədə iqtidar tərəfdarları ilə müxaliflər qarşıdurma vəziyyətindədirlər.
Əlavə edək ki, İranda qiymətlərin kəskin artımı ilə əlaqədar başlayan etiraz mitinqləri sonradan geniş iğtişaşlara səbəb olub. İranın iqtidaryönlü mətbuatının açıqlamalarına görə, qarşıdurmalarda 20 nəfər dünyasını dəyişib.
Mediapress.az-a İrandan göndərilən məlumata görə, təqdim etdiyimiz bu şəkildə İran vətəndaşı olan bir qız “İnqilab” küçəsində keçirilən aksiya zamanı baş örtüyünü açıb. Onunla bərabər bir neçə qadın da baş örtüyünü açaraq ayaqlar altına atıblar. Məhz bu səbəbdən şəkil yayılmasın deyə, İranda internet müvəqqəti olaraq fəaliyyətini dayandırıb.