\
25 Aprel 2024 - Cümə axşamı

"Rikasso" ləqəbli it çəkdiyi rəsmlərlə 4000 dollar qazanıb - FOTO

"Rikasso" ləqəbli it çəkdiyi rəsmlərlə 4000 dollar qazanıb - FOTO
1030baxış

ABŞ-ın Virciniya ştatındakı sığınacaqda qalan "Rikasso" ləqəbli it çəkdiyi rəsmlərlə 4000 dollar qazanıb.

Bu barədə "Report" "Metro"ya istinadən xəbər verir.

Qeyd edilir ki, it bu rəsmləri quyruğunu yellətməklə çəkib.

"Rikasso"nun əsərləri hərraca çıxarılaraq satılıb. Onun hərraca ümumilikdə 20 işi çıxarılıb.

Məlumata görə, hərracda qazanılan pulun hamısı sığınacaqdakı heyvanlara yardım məqsədilə xərcələnəcək.

Qeyd edilir ki, rəsmləri çəkən ki, it hələ də sığınacaqdadır və öz sahibini axtarır.