\
22 Noyabr 2024 - Cümə

Ufoloqlar Antarktidanın dibində heyrətamiz obyekt tapdı (FOTOLAR)

Ufoloqlar Antarktidanın dibində heyrətamiz obyekt tapdı (FOTOLAR)
1532baxış
Müstəqil tədqiqatçılar, xüsusilə də ufoloqlar Antarktidanı müxtəlif xəritəli serverlər vasitəsilə daim izləyirlər. Bu da başadüşüləndir: bu qitə bu günədək ən naməlum və sirli qitə olub, olaraq qalır da. Ancaq bizə bundan daha az məlum olmayan (xüsusən də hər cəhətdən Antarktidadan xeyli dərəcədə üstün olduğundan), başqa bir araşdırma obyekti də okeanlardır. (esoreiter.ru)
 
Qaynarinfo xəbər verir ki, bu günlərdə məhz bu yerdə başqa bir ufoloq Frederik (elə Google Earth xəritə serverindən istifadə edərək) qəribə bir şey kəşf edib: Atlantik okeanın dibində süni quruluşlu olduğu açıq görünən bir obyekt. Bu, sanki sualtı körpünü xatırladan nəhəng bir şeydir (tədqiqatçının qiymətləndirməsinə görə, demək olar ki, 40 kilometr uzunluqdadır). Bundan əlavə, Frederik qeyd edir, adamda belə təəssürat yaranır ki, bu körpünün altında nəsə bir giriş var.
 
Bu körpüyə bağlı sualtı yollar isə elə o cür nəhəng olan (təxminən 250 ilə 140 kilometr uzunluqda) sirli bir atşəkilli struktura doğru aparır. Və bu strukturdakı bütün yol-xətlər təəccüblü şəkildə eyni ölçüdədir.
 
Ufoloq ehtimal edir ki, kartoqrafik serverin təsvirləriondə görünən yadplanetlilərin sualtı bazasıdır. Təbiət, onun fikrincə, belə adi həndəsi fiqurlar yarada bilməz.
 
Bazanın öz koordinatları - 42 ° 25'28.66 "S 0 ° 27'1.34" W
 
Sirli körpünün koordinatları - 43 ° 47'18.02 "S 1 ° 9'6.08" W
 
Atşəkilli strukturun koordinatları - 51 ° 56'5.50 "S 5 ° 33'2.62" W
 
Qeyd edək ki, bu, okeanların dibində xəritə serverlərindən istifadə edən müstəqil tədqiqatçıların tapdığı yadplanetlilərə məxsus ilk obyekt deyil.