\
24 Noyabr 2024 - Bazar günü

Tanınmış musiqiçi intihar edib! - "Dostumuz idi..."

Tanınmış musiqiçi intihar edib! - "Dostumuz idi..."
1872baxış

Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı Pircan Həsənov özünü zəhərləyib.

Hadisə dünən günorta saatlarında 44 yaşlı P.Həsənovun yaşadığı Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən evində baş verib. P.Həsənov sirkə turşusu içib. 

Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcələsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

P.Həsənovun barəsində polisdə bir müddət əvvəl etdiyi davaya görə araşdırma aparılırdı. (criminal)

Mediapress.az xəbər verir ki, əməkdar artist Anar Heybətov da məlumatı təsdiqləyib.

- Musiqiçi idi, dostumuz idi. Bülbül adına orta ixtisas məktəbində bir sinif məndən yuxari oxuyub. Allah rəhmət eləsin! 

Könül AYPARA