\
23 Oktyabr 2024 - Çərşənbə

Azərbaycanlı tələbə "Söz" serialında - Qarşıda yeni layihələr var - EKSKLÜZİV - FOTOLAR

Azərbaycanlı tələbə "Söz" serialında - Qarşıda yeni layihələr var - EKSKLÜZİV - FOTOLAR
1017baxış

Jurnalist, fotoqaraf Kamil Əmirli Türkiyənin reytinqli serialında rol alıb.

Mediapress.az xəbər verir ki, o, Star telekanalında yayımlanan Söz serialının 37-ci bölümündə çəkilib.

"Serialın əməkdaşlıq etdiyi aktyorluq agentliklərindən biri sayəsində filmdə kiçik də olsa, obraz canlandırmağım üçün dəvət edildim. Bakıda olarkən bir neçə dəfə həm qısametrajlı filmlərdə və digər ekran işlərində çəkilmişdim. Söz serialı isə ilk böyük ekran işim idi. Doğrudur, çox kiçik obrazdır. Buna baxmayaraq, peşəkar çəkiliş komandası və aktyor heyətilə eyni ekran işində obraz canlandırmaq mənim üçün böyük təcrübədir. Qarşıda yeni layihələr var və bu dəfə daha uğurlu rollarda çəkiləcəyəm. Eyni zamanda, özüm də tammetrajlı film ssenarisi yazıram. Qısa müddətdə bu ssenarimi bitirib öz filmimi çəkməyi planlaşdırıram" - deyə, Kamil Əmirli əlavə edib.

Könül AYPARA